Suallar və cavablar
- Займы в мобильном приложении
- Займы на товары в торговых сетях
-
Borc necə götürülməlidir?“Strana Ekspress” şirkətindən onlayn borc götürmək üçün tərəfdaşımız “Zolotaya Korona”dan “Pul köçürmələri” (6+) tətbiqini smartfonunuza yükləyin. “Xidmətlər” bölməsini seçin, “Borca pul” bölməsinə keçib, mikroborcun rəsmiləşdirilməsinə başlayın. Ərizənizin razılaşdırılması operativ şəkildə həyata keçəcək – tələb olunan məbləğin verilməsi barədə qərar 24 saat ərzində qəbul olunur. Birinci borc tərəfdaş banklarda nağd şəkildə verilir, sonrakıları şəxsi bank kartınıza köçürmək mümkündür. Daha ətraflı buradan oxuyun.
-
Borc necə ödənilməlidir?
Borcun müxtəlif üsullarla ödənilməsi mümkündür:
- Bank kartından“Zolotaya Korona – Pul köçürmələri” (6+)mobil tətbiqində onlayn şəkildə.
- Ticarət şəbəkələrində və ya Rusiya Poçtunun şöbələrində (əməliyyata görə komissiya tutulur), bank ofislərində (komissiyasız) nağd şəkildə.
Bütün ödəniş üsulları barədə daha ətraflı burada oxuyun.
-
Borcun götürülməsi şərtləri
Biz minimal sənədlər paketi ilə girovsuz və zaminsiz, nağd şəkildə və kart vasitəsilə mikroborcların sərfəli şərtlərlə təqdim edilməsini təklif edirik.
- Borcun müddəti 63 gün təşkil edir
- Məbləğ 3000 rubldan 50000 rubladək
- Faiz dərəcəsi gündəlik 0,95%
Ərizənin rəsmiləşdirilməsi üçüm mobil tətbiqindən istifadə edərək sənədlərin fotoşəkilini göndərmək lazımdır (sənədlərin tam siyahısı “Haradan almaq”)bölməsində yerləşdirilib).
-
Faizlər necə hesablanırBorc müqaviləsi üzrə hesablanmış faizlərin məbləği verilən borcun məbləğindən və müddətindən asılıdır. Dərəcə gündəlik 0,95% təşkil edir. Artıq ödəniləcək məbləğin hesablanması üçün saytda borc üzrə faizlərin onlayn kalkulyatorundan istifadə etməyi tövsiyə edirik.
-
Borcu kart vasitəsilə necə almaq olarİkinci borcdan başlayaraq “Strana Ekspress” şirkəti əmək haqqınızı alanadək karta onlayn köçürmə yolu ilə borc götürmək imkanı təqdim edir.
-
Kredit tarixçəsi olmadan necə borc götürmək olar?Şirkətimizdən borcun rəsmiləşdirilməsi üçün kredit tarixçəsinin olması mütləq deyil.
-
Nağd şəkildə necə borc götürmək olar?Borc pulu təcili olaraq nağd şəkildə adi pul köçürməsi kimi alın! Bunun üçün siz pulun verildiyi məntəqələrə müraciət edib, borc təsdiqləndikdən sonra aldığınız köçürmə nömrəsini bildirməlisiniz. Bankların ünvanlarını tətbiqdə “Pulun verilmə məntəqələri” düyməsini basaraq və ya saytımızda “Haradan almalı” bölməsinə daxil olaraq asanlıqla və tez tapa bilərsiniz. Pulu almaq üçün ərizəni rəsmiləşdirərkən göndərdiyiniz sənədləri özünüzlə götürməyiniz xahiş olunur. Pasport latınca doldurulubsa, onun rus dilində notarial qaydada təsdiqli surəti tələb olunacaq.
-
Pulların kart vasitəsilə alınma üsullarıBorc pulu onlayn şəkildə Rusiyanın istənilən bankının MİR, Visa, Mastercard və ya Maestro kartları vasitəsilə almaq olar. Bu, təcili surətdə borca pul götürməyin ən rahat üsuludur. Bu xidmət ikinci dəfə götürülən borcdan başlayaraq əlverişlidir.
-
Borc alanana qarşı əsas tələblərBorclar RF, Tacikistan, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Belarusiya, Moldova və Ermənistan vətəndaşlarına verilir. Yaş: 18 yaşdan 75 yaşadək.
-
Borcun vaxtından əvvəl tam ödənilməsi mümkündürmü?
Borcun vaxtından əvvəl tam ödənilməsi mümkündürmü? Bəli, borcun vaxtından əvvəl tam ödənilməsi müqavilə ilə nəzərdə tutulan faizləri ödəniş günü üçün tam ödəmək şərti ilə mümkündür. Faizlər borcun yalnız faktiki istifadə edildiyi günlərin sayına görə ödənilir.
-
Borcun vaxtından əvvəl qismən ödənilməsi mümkündürmü?
Borcun vaxtından əvvəl qismən ödənilməsi planlaşdırılan ödəniş tarixindən otuz gün əvvəl “Strana Ekspress” MKŞ MMC ünvanına yazılı bildiriş göndərmək şərti ilə mümkündür.